maria

MARİYA MONTESSORİ

Montessori yanaşması uşaqların İtaliyallı müəllimə Mariya Montessorinin (1870 - 1952) tədqiqatlarına əsaslanan tədris metodudur. Onu, həyatını uşaq inkişafının öyrənilməsi və bu mövzuda kitablar, mühazirələr və dərslərə həsr etmiş, "dünya təhsil sistemində inqilab etmiş həkim" adlandırırdılar. O, müşahidə etmişdir ki, uşaqlar öz hissləri ilə öyrənirlər və bu səbəbdən uşaqların tədris prosesinin asanlaşdırılması üçün "sensor materialları" hazırlanmışdır. O, rəsmi tədris üslubundan uzaqlaşıb sinif otaqlarında uşaqların ölçülərinə uyğun mebel və avadanlıqlardan istifadə etməyə başlamışdır. O, uşaqlarda müstəqillik hissini inkişaf etdirməri və uşağın uğurlu olacağı mühiti yaratmağı çox istəyirdi və inanırdı ki, uşaqlar öyrənmək istəyirlər və onlara qayda və səliqə lazımdır, və beləliklə bugünkü günün Montessori otağını yaratmışdır.