XOŞ GƏLMİŞSİNİZ!

Bumblebee Montessori saytına xoş gəlmişsiniz
və marağınıza görə təşəkkür edirik. Bumblebee
Montessori-nin məqsədi 2 ½ - 5 yaşlı uşaqlar üçün ən
yaxşı qayğının və təhsilin təmin edilməsidir.

Uşağın həyatının ilk bir neçə ilinin onun düşüncə tərzi və şəxsiyyətinə
böyük təsiri var. Uşaqlara təbiətdən inkişaf etmək, bilmək və onları
əhatə edən dünyanı başa düşmək üçün istəkləyi verilib. Uşaqlar
mənalı və maraqlı məşğələlərə cəlb edildikdə, öyrənmək üçün
maksimal səylərini göstərirlər, bu səbəbdən bu prosesin
gücləndirilməsi üçün onların düzgün mühitdə olması çox vacibdir.

Bumblebee Montessori-də biz hər bir uşağın fərdi və unikal olduğu
qəbul edirik, bu səbəbdən biz onları həvəsləndirən və həyata
hazırlayan mühiti yaratmağa çalışırıq. Xoşbəxt, həssas və uşaqları
sevən insanların əhatəsində olmaq hər bir uşağa etibar və özünə
güvən mühitində böyüməyə və ətrafdakılara və yaşadığımı dünyaya
qarşı qayğıkeş insan olmaq imkanını verir.